Bu il Nobel Ədəbiyyat mükafatına namizədlərə pul qoyuluşunun əmsalları açıqlanıb

Bu il Nobel Ədəbiyyat mükafatına namizədlərə pul qoyuluşunun əmsalları açıqlanıb
# 24 sentyabr 2015 09:38 (UTC +04:00)

APA-nın “Ladbrokes” bukmeker kontorunun saytına istinadən verdiyi xəbərə görə, Nobeli qazanmağa ən şanslı namizəd 5.00 əmsalla belarus Svetlana Aleksijevitjdir (Belarus yazıçıya qoyuluş edən şəxslər o qalib gəldiyi təqdirdə hər dollara görə 5 dollar qazanacaq – red).

Son 10 ildə Nobeli qazanmağa ən şanslı namizəd kimi göstərilən yaponiyalı yazıçı Haruki Murakami 6.00 əmsalla ikinci sırada qərarlaşıb.

Keniyalı yazıçı Nquqi va Thionqo 7.00 əmsalla 3-ci, amerikalı Filip Rot 8.00 əmsalla 4-cü, amerikalı Joyce Karol Oates 12.00 əmsalla 5-ci, suriyalı Adonis (Əli Əhməd Səid Əsbar) 16.00 əmsalla 6-cı pillədə yer alırlar.

İtaliyalı Umberto Eko və britaniyalı Salman Rüşdi hərəyə 50.00 əmsalla onluqdan kənarda qalıblar.

Qeyd edək ki, İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi Nobel Ədəbiyyat mükafatı keçən il fransız yazıçı Patrik Modianoya verilb.

Mükafatın builki qalibinin adı oktyabrın əvvəllərində açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR