Saatlıda ev yanıb

Saatlıda ev yanıb
# 27 mart 2016 05:57 (UTC +04:00)

Bakı-APA. Bu gecə Saatlı rayonu, Qıraqlı kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus evdə yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları, qamışdan ibarət tavan və dam örtüyü 170 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR