Cakartada partlayışlarda ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB

Cakartada partlayışlarda ölənlərin sayı 17 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 14 yanvar 2016 11:20 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İndoneziyanın paytaxtı Cakartada ardıcıl törədilən 6 partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Əlcəzirə” telekanalı məlumat yayıb. Ölənlərdən 5-nin polis olduğu deyilir. Rəsmi olaraq isə 10 nəfərin öldüyü açıqlanıb. Məlumata əsasən, ölənlər arasında polis və xarici vətəndaşlar da var. Ölənlərdən 4-ü hücum edən şəxsdir. Daha 10 nəfər yaralanıb.

Hadisə ilə bağlı məsuliyyəti hələlik heç kəs üzərinə götürməyib. Daha əvvəl İŞİD İndoneziyanı terror aktları ilə hədələsə də, Milli Kəşfiyyat İdarəsinin rəhbərliyi hadisədə bu qruplaşmanın əli olması barədə heç bir sübutun olmadığını açıqlayıb.

***

10:16

Bakı. Məlahət Nəcəfova-APA. İndoneziyanın paytaxtı Cakartada bir necə yerdə ardıcılı partlayışlar törədilib, 6 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Bakı vaxtı ilə səhər saat 8-də şəhərin müxtəlif yerlərində təxminən 6 partlayış baş verib. İlkin məlumata əsasən hadisələr aralarında kamikadzelərin də olduğu 10-14 nəfərlik qrup tərəfindən təşkil olunub. Terrorçular böyük ticarət mərkəzini, insanların çox olduğu yerləri və bir sıra ölkələrin, o cümlədən Türkiyə və Pakistan səfirliklərinin yerləşdiyi əraziləri hədəfə alıblar.

Yaralıların sayı dəqiqləşdirilir.

Hüquq-mühafizə orqanları hadisədə İŞİD terror qruplaşmasının əlinin olub-olmadığını araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR