SOCAR neft hasilatını bir ildə 9%-dən çox azaldıb

SOCAR neft hasilatını bir ildə 9%-dən çox azaldıb
# 10 avqust 2016 11:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin iyul ayında SOCAR tərəfindən 639 min ton neft hasil edilib.

APA-Economics”in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, 2015-ci ilin iyul ayı ilə müqayisədə 9,04% azdır. Bu ilin iyun ayı ilə müqayisədə isə SOCAR neft hasilatını 3,06% çoxdur.

Bu ilin yanvar-iyul aylarında isə SOCAR tərəfindən 4 420,7 min ton neft hasil edilib ki, bu da 2015-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 8,66% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 647 min ton, fevral ayında 605 min ton, mart ayında isə 646,2 min ton, aprel ayında 624,5 min ton, mayda 639 min ton, iyunda isə 620 min ton neft hasil edilib.

Bu ilin iyul ayı ərzində ölkə üzrə 3 635,9 min ton neft hasil edilib ki, bu da daha əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,94% çoxdur. Bu ilin iyun ayı ilə müqayisədə isə bu rəqəm 3,30% çoxdur.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ümumilikdə 24 699,8 min ton neft hasil edilib ki, bu da 2015-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 0,80% azdır

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 518,2 min ton, fevralda 3 339,3 min ton, mart ayında 3 649,7 min ton, apreldə 3 469,8 min ton, mayda 3 567,2 min ton, iyun ayında isə 3 519,7 min ton neft hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR