Ağdaşda elektrik özünü asaraq intihar edib

Ağdaşda elektrik özünü asaraq intihar edib
# 14 dekabr 2015 14:15 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov-APA. Ağdaş rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün günorta saatlarında rayonun Xosrov kənd sakini, 1966-cı il təvəllüdlü Səmədov Məhəmməd Mirhəsən oğlu özünü Ağdaş şəhərindəki tikinti materialları mağazasının anbarında naqili asaraq intihar edib. Elektrik M Səmədovun anbara elektrik naqilində yaranan nasazlığı aradan qaldırmaq üçün daxil olduğu bildirilir. Üç uşaq atası Məhəmməd Səmədovun özünə qəsd etməsinin səbəbi məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.


Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR