İl ərzində sərhəddə 5 milyon manat dəyərində qaçaqmal tutulub

İl ərzində sərhəddə 5 milyon manat dəyərində qaçaqmal tutulub
# 25 dekabr 2015 11:42 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. "2015-ci il ərzində sərhəddə 5 milyon 242 min manat dəyərində qaçaqmal tutulub, 164 kq 858 qram narkotikin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb".

APA-nın xəbərinə görə, bu gün Dövlət Sərhəd Xidmətinin 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib ki, 21,1 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib. Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 73, Rusiyaya məxsus 19, İrana məxsus 6, Qazaxıstana məxsus 1 gəmiyə, Türkmə­nistana məxsus 6 gəmiyə, Azərbaycana məxsus 363kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib: “Azərbaycana məxsus 13 gəmi, digər dövlətlərə məxsus 4 gəmi və AR-ə məxsus 179 qayıq, o cümlədən 347 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR