Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 21 Oktyabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 21 Oktyabr - <span style="color: red;">VİDEO
# 21 oktyabr 2015 17:10 (UTC +04:00)

Əsədin Moskvaya gözlənilməz səfəri Suriya böhranının inkişafı ilə bağlı yeni ehtimallar ortaya çıxarır. Əsəd Moskvaya gəlib, ya gətirilib sualı başqa mövzudur, məsələ Moskvada Suriya prezidentinin gələcək taleyi ilə bağlı müzakirələrin olub-olmamasıdır. Kreml təmsilçiləri məhz bu sualı cavablandırmaqdan boyun qaçırıblar. Bu isə əslində səfərin məhz Əsədin gələcək taleyinin müəyyənləşməsi məqsədi daşıdığını ehtimal etməyə əsas verir. Rusiya Suriyada hərbi əməliyyatları sonsuzluğadək davam etdirə bilməz, ən azı ölkənin iqtisadi potensialı buna imkan vermir. Belə olan təqdirdə ABŞ və Rusiyanın Suriya məsələsində ortaq məxrəcə gəlməsi ön plana çıxır. Səudiyyə Ərəbistanının Əsədin müqabilində Moskvaya 300 milyard dollar təklif etməsi barədə xəbərlərin nə dərəcədə əsaslı olub-olmadığı bilinmir, amma bu xəbərin Əsədin Moskva səfərindən bir gün əvvəl yayılması maraq doğurur. Xəbərin mənbəyi isə İran mətbuatıdır, belə görünür ki, Əsədin Moskva tərəfindən hansısa formada qurban verilməsi məsələsi gündəmdədir. Bu isə İranın maraqlarına cavab vermədiyindən bu ölkənin mediası Rusiyanın Əsədi pula sata biləcəyi barədə ictimai rəy formalaşdırmağa başlayıb. Təbii ki, bütün bunlar ehtimallardır, Əsədin Moskvaya səfərinin gerçək səbəbini isə növbəti bir həftə ərzində Kremldən verilən açıqlamalarda axtarmalı olacağıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR