"Aqrolizinq" ilin I yarısında fermerlərə 22,5 mln. manatlıq texnika satıb

"Aqrolizinq" ilin I yarısında fermerlərə 22,5 mln. manatlıq texnika satıb
# 04 avqust 2016 12:19 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 2016-cı ilin birinci yarısında "Aqrolizinq" ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına satılan kənd təsərrüfatı texnikasının sayı və ümumi məbləği açıqlanıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə fermerlərə ümumilikdə 22,5 mln. manat dəyərində 296 ədəd müxtəlif növ traktor, 121 ədəd taxılyığan kombayn, 106 ədəd kotan, 31 ədəd ot dırmığı, 19 ədəd bağarası frez, 13 ədəd ot və küləş presləyən maşın, 8 ədəd otbiçən və 141 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları satılmış və verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR