Sadaxlıda yeni uşaq bağçası tikilir

Sadaxlıda yeni uşaq bağçası tikilir
# 20 sentyabr 2016 21:11 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Azərbaycanlıların kompakt yaşadığı sərhədyanı Sadaxlı kəndində 150 yerlik yeni uşaq bağçası inşa edilir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, inşa edilən ikimərtəbəli uşaq bağçası 5 qrupda müxtəlif yaşlı uşaqlar üçün nəzərdə tutulub.

Bağçanın ərazisi yaşıllaşdırılıb, hasara alınıb, bağçaya gələn yola plitələr döşənib, uşaqlar üçün idman meydançası tikilib və otaqlar geniş və işıqlıdır, həmçinin mərkəzi istilik sistemi quraşdırılıb.

Marneuli rayon icra hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, tikintinin özülü 2015-ci ilin dekabrın 4-də qoyulub və 2016-cı ilin noyabr ayında istifadəyə verilməyi nəzərdə tutulub.

Layihənin tikintisi üçün 648 499 lari həcmində vəsait ayrılıb. Uşaq bağçasının tikintisi Kəndə Dəstək Proqramı və yerli büdcənin maliyyə dəstəyi ilə birgə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR