"PAŞA Bank"ın Türkiyədəki törəməsi bu ilin I yarısını mənfəətlə başa vurub

"PAŞA Bank"ın Türkiyədəki törəməsi bu ilin I yarısını mənfəətlə başa vurub
# 31 avqust 2016 15:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "PAŞA Bank"ın Türkiyədəki törəməsi olan "PAŞA Yatırım Bankası”nın aktivləri 2016-cı ilin iyulun 1-nə 399 mln. 235 min türk lirəsi və ya 220 mln. 138 min 179 manat təşkil edib.

"APA-Economics" bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 76 min 830 lirə (42 min 364 manat) və ya 23,83% çoxdur.

Hesabat dövründə bankın kredit portfeli 326 mln. 785 min lirəyə (189 mln. 249 min manat) bərabər olub ki, bu da ötən ilin eyni dövründəkindən 32,98% çoxdur.

Bank bu ilin 6 ayını 6 mln. 707 min lirə və ya 3 mln. 698 min manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR