Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 14-də saat 21 radələrində Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Sevil İsmayılovaya zor tətbiq edərək qızıl boyunbağısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Masallı rayon sakini, 1978-ci il təvəllüdlü Zaur Rahil oğlu Əsgərov tutulub.
Faktla bağlı araşdırma aparılır.