Soyğunçuluqda şübhəli bilinən şəxs saxlanıb

Soyğunçuluqda şübhəli bilinən şəxs saxlanıb
# 19 sentyabr 2015 07:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 14-də saat 21 radələrində Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Sevil İsmayılovaya zor tətbiq edərək qızıl boyunbağısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Masallı rayon sakini, 1978-ci il təvəllüdlü Zaur Rahil oğlu Əsgərov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR