Qətldə təqsirləndirilən şəxsə hökm oxunub

 Qətldə təqsirləndirilən şəxsə hökm oxunub
# 17 dekabr 2015 14:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elnur İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə E. İsmayılov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E. İsmayılov Suraxanı rayonunun Bülbülə qəsəbəsində yaşayan Çiçək Alıyevanı mənzilində döyərək qətlə yetirməkdə təqsirləndirilib. Hadisə bu ilin aprel ayında baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR