Bakıda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

Bakıda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb
# 18 iyun 2016 15:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 17-nə keçən gecə Suraxanı rayonu ərazisindəki yağdəyişmə məntəqələrindən birinin dam örtüyü sökülməklə, 1500 manat dəyərində mühərrik yağları oğurlanıb.

Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Fərid Xudaverdiyev və Elnur Seyidov tutulublar.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR