Azərbaycanın sərhəd sularında 18,8 min metr tor və 4 min ədəd qeyri-qanuni qarmaq aşkarlanıb

Azərbaycanın sərhəd sularında 18,8 min metr tor və 4 min ədəd qeyri-qanuni qarmaq aşkarlanıb
# 25 dekabr 2015 12:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Sərhəd sularında keçirilmiş tədbirlər zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan balıq ovlama vasitələri – 18,8 min metr tor və 4 min ədəd qarmaq yığılıb.

APA-nın xəbərinə görə, bu gün Dövlət Sərhəd Xidmətinin 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib ki, dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilib.

Qeyd olunub ki, 124 binadan ibarət 24 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 432 mənzilin inşası həyata keçirilib, 50 xidməti mənzil istifadəyə verilib.

Əlavə edilib ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları üçün Bakı şəhərində 600 mənzildən ibarət yaşayış şəhərciyinin inşası yekunlaşdırılıb və güzəştli ipoteka şərtləri əsasında şəxsi heyətin xüsusi mülkiyyətinə verilməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR