Kürdəmirdə intihara cəhdin qarşısı alınıb

Kürdəmirdə intihara cəhdin qarşısı alınıb
# 26 oktyabr 2015 12:43 (UTC +04:00)

Bakı-APA. Kürdəmir rayonunda intihara cəhd hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin “Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə” daxil olmuş məlumata əsasən, Kürdəmir rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb. Əməliyyat saat 14:50-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR