SKMF: İndiyədək məcburi köçkün sahibkarlara 39 mln. manata yaxın güzəştli kredit verilib

SKMF: İndiyədək məcburi köçkün sahibkarlara 39 mln. manata yaxın güzəştli kredit verilib
# 17 mart 2016 11:35 (UTC +04:00)

Bakı - APA-Economics. İndiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 1830 məcburi köçkün sahibkara 38,7 mln. manat güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu barədə SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib.

Bu gün Kəlbəcərdən olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Yevlax rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumda Ş. Abdullayev qeyd edib ki, bu kreditlərin reallaşdırılması nəticəsində 3400-dən çox yeni iş yerinin yaradılması mümkün olub.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Kəlbəcərdən olan 20 məcburi köçkün sahibkara 100 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 20 yeni iş yerinin yaradılmasına imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR