Moqerini: “Avropa İttifaqı Liviyaya 100 milyon avro yardım ayıracaq”

 Moqerini: “Avropa İttifaqı Liviyaya 100 milyon avro yardım ayıracaq”
# 09 yanvar 2016 01:27 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı Liviyada baş vermiş qanlı terror aktından sonra bu ölkəyə 100 milyon avro məbləğində yardım ayıracaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini bəyan edib.

Zliten şəhərində hərbi təlim düşərgəsində törədilən terror aktını pisləyən F.Moqerini Liviyada təhlükəsizliyin təmin edilməsi və xalqın ehtiyaclarının təmin edilməsinin əhəmiyyətini vurğulayıb.

Xatırladaq ki, yanvarın 7-də Liviyanın paytaxtı Tripolidən 160 km şərqdə yerləşən Zliten hərbi təlim düşərgəsində baş verən terror aktı nəticəsində 70 nəfər ölüb, 200 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR