Tovuzda qətl törədən 22 yaşlı oğlan tutulub

Tovuzda qətl törədən 22 yaşlı oğlan tutulub
# 15 mart 2016 08:34 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Tovuzda qətl törədən şəxs saxlanılıb.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi istintaq əməliyyat tədbirləri nəticəsində rayonun Aşağı Quşçu kəndinin ərazisində, kənd sakini 1956-cı il təvəllüdlü Qulu Alıməmmədovu münaqişə zəminində qətlə yetirən Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Sənan Muradov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, məlum hadisə martın 13-dən 14-nə keçən gecə qeydə alınıb. Aşağı Quşçu kəndində kənd sakini, 1956-cı il təvəllüdlü Alıməmmədov Qulu Hümbət oğlunun üzərində zorakılıq əlaməti olan meyiti aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR