Nazir Kəmaləddin Heydərov İranın Şərqi Azərbaycan vilayətinin nümayəndə heyəti ilə görüşüb

Nazir Kəmaləddin Heydərov İranın Şərqi Azərbaycan vilayətinin nümayəndə heyəti ilə görüşüb
# 20 oktyabr 2015 14:51 (UTC +04:00)

Bakı - APA. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 20-də Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir K. Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlərdən, bu sahədə İran İslam Respublikasının müvafiq qurumları ilə məhsuldar əməkdaşlıqdan geniş bəhs edib.

Öz növbəsində, nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə rəhbərlik etdiyi vilayətin Azərbaycanla müxtəlif sahələrdə uğurlu əməkdaşlığından danışıb. Qonaq bildirib ki, Azərbaycana səfəri zamanı şahid olduğu möhtəşəm inkişaf onu ürəkdən sevindirir.

Tərəflər arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən fövqəladə hallarla mübarizə sahəsində kadr hazırlığı ilə bağlı təcrübə mübadiləsi üzrə geniş müzakirə aparılıb.

Bundan başqa, nümayəndə heyəti FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, həmçinin, İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin fəaliyyəti ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR