Bakıda bıçaqlanma hadisəsi baş verib - VİDEO

Bakıda bıçaqlanma hadisəsi baş verib - <span style="color: red;">VİDEO
# 04 noyabr 2015 04:19 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA -nın məlumatına görə, naməlum şəxslər Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan 40 yaşlı Aynurə Bərsail qızı Teymurovanın evinə daxil olublar.

Ev sahibi ilə naməlum şəxslər arasında mübahisə düşüb. Mübahisə zamanı çağırılmamış qonaqlar Aynurə Teymurovaya bıçaqla çoxsaylı zərbələr endirərək hadisə yerindən qaçıblar. Yaralı səs-küyə gələn qohumları tərəfindən xəstəxanaya gətirilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxslərin axtarışı davam edir.

Faktla əlaqədar Sabunçu Rayon Polis idarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR