Putin: “Rusiya-ABŞ münasibətlərini pozmaq cəhdləri məsuliyyətsizlik və yalnışlıqdır”

Putin: “Rusiya-ABŞ münasibətlərini pozmaq cəhdləri məsuliyyətsizlik və yalnışlıqdır”
# 30 mart 2017 15:51 (UTC +04:00)

”Rusiya ilə ABŞ arasındakı diplomatik münasibətləri pozmaq cəhdləri məsuliyyətsizlik və yanlışlıqdır”.


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Arktika forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib.

”Biz diplomatik münasibətləri tamamilə kəsmək istəyirik? 60-cı illərə, Karib böhranına qədərki vəziyyətə gətirib çıxarmaq istəyirik? Bəs bundan sonrası nə olacaq?” - deyə Rusiya dövlət başçısı münasibətlərin pozulmasının Amerika xalqının əksəriyyətinin marağında olmadığına əminliyini bildirib.

V. Putin Rusiyanın ABŞ-a müharibə etmək deyil, əməkdaşlıq münasibətləri qurmaq istədiyi nəhəng dövlət kimi yanaşdığını vurğulayıb: “Ümid edirəm ki, Moskva və Vaşinqton Suriya və Ukraynadakı münaqişələrin nizamlanması, eləcə də Arktika və kosmos məsələləri ilə bağlı əməkdaşlığa nail olacaq”.

Rusiya prezidenti ABŞ-dakı seçkilərə müdaxilə etdikləri yönündə ittihamları qətiyyətlə rədd edib. O, ABŞ-dakı antirusiya əhval-ruhiyyəsini bəzi siyasi qüvvələrin öz mövqelərini möhkəmləndirmək cəhdi kimi qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR