Bank Of Baku

Məişət zorakılığından zərər çəkən 38 şəxsə qısamüddətli mühafizə orderi verilib

Məişət zorakılığından zərər çəkən 38 şəxsə qısamüddətli mühafizə orderi verilib
# 24 dekabr 2021 15:43 (UTC +04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məişət zorakılığı ilə bağlı Rayon İcra Hakimiyyətlərinə göndərilmiş müraciətlər əsasında 8 qısamüddətli mühafizə orderi verilib.

APA-nın məlumatına görə, bu, Komitənin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” məlumatında əksini tapıb.

Məlumatda qeyd olunub ki, Ədliyyə Nazirliyindən daxil olmuş rəsmi məlumata əsasən, 2020-ci il ərzində məişət zorakılığından zərərçəkmiş şəxslərə məhkəmələr tərəfindən 2 uzunmüddətli (Bakının Sabunçu rayonu və Tərtər rayonu üzrə), 38 qısamüddətli mühafizə orderi verilib.

2019-cu il ərzində isə məişət zorakılığından zərərçəkmiş şəxslərə yerli icra hakimiyyəti orqanları tərəfindən 32 qısamüddətli mühafizə orderi verilib.

2019-cu illə müqayisədə 2020-ci ildə məişət zorakılığından zərər çəkmiş şəxslərə verilən qısamüddətli mühafizə orderlərinin sayı artıb. Bu da məişət zorakılığının qarşısının alınması sahəsində yerli icra hakimiyyətlərində yaradılmış «Gender zorakılığı və uşaqlara qarşı zorakılıq Üzrə monitorinq qruplarının fəaliyyətinin gücləndirilməsi istiqamətinde Komitə tərəfinden həyata keçirilən tədbirlərin nəticəsidir.

2020-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxil olmuş məlumatda yalnız 6 nəfər məişət zorakılığından zərərçəkmiş qadına xidmət göstərilmesi əks olunub. Onlardan 4-ü fiziki zorakılıq, 2-si isə fiziki və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərdən zərər çəkib. Zərərçəkmiş şəxslərdən 2 nəfər həyat yoldaşı, 3 nəfər keçmiş həyat yoldaşı, 1 nəfər isə keçmiş həyat yoldaşının ailəsi tərəfindən zorakılığa məruz qalıb.
Azərbaycan Respublikasının Ailə, Qadın ve Uşaq Problemleri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Vəkiller Kollegiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi arasında məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın təşkilinə dair üçtərəfli anlaşma memorandumu çərçivəsində 2020-ci il ərzində 91 aztəminatlı ailədən olan qadına hüquqi yardım göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR