“Bir çox ölkələrdə vaksin sertifikatları tətbiq olunur. Vaksin sertifikatlarının qarşılıqlı tanınması üçün İşçi Qrup yaradılıb”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycanda tətbiq olunan “Sinovac” vaksini Avropanın əsas sertifikasiya keçirən qurumu tərəfindən qəbul edilib: “Ancaq təbii ki, ölkədən ölkəyə fərq var”.