Venesuela XİN rəhbəri: “Dünyaya münaqişələr deyil, əməkdaşlıq lazımdır”

Venesuela XİN rəhbəri: “Dünyaya münaqişələr deyil, əməkdaşlıq lazımdır”
# 06 aprel 2018 15:20 (UTC +04:00)

“Azərbaycan nümunəvi iş görüb”.

APA-nın məlumatına görə, bunu Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat Bakıda keçirilən Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin aralıq toplantısının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, toplantında dünyanın 120 ölkəsinin nümayəndələri iştirak ediblər.

“Çox maraqlı müzakirələrimiz olub. “Baqdum prinsipləri” qüvvədə qalmalıdır. Dünyaya münaqişələr deyil, əməkdaşlıq, beynəlxalq qanun və BMT-nin ərazi bütövlüyü kimi prinsiplərinə sadiq ölkələr lazımdır. Çalışmalıyıq ki, hərəkatı canlı saxlayaq. 50 il əvvəl olan təhdidlər qalmaqdadır. Ölkələrin daxili işlərinə qarışmağın qarşısını almalıyıq”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR