ABŞ-da qocalar evində atışma olub, ölənlər var

ABŞ-da qocalar evində atışma olub, ölənlər var
# 28 iyul 2018 05:16 (UTC +04:00)

ABŞ-ın Texas ştatının Robstaun şəhərində fəaliyyət göstərən qocalar evində atışma olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şəhər polisinin nümayəndəsi Erasmo Flores bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər – iki qadın və bir kişi öldürülüb. Daha sonra yaxınlıqdakı binada daha 2 nəfərin meyiti aşkarlanıb. Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələlik məlum deyil. Polis rəsmisi insidentin təfərrüatları barədə açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR