ADY-nin törəmə şirkəti konteyner blok qatarı ilə Gürcüstana yükdaşımaya başlayıb

ADY-nin törəmə şirkəti konteyner blok qatarı ilə Gürcüstana yükdaşımaya başlayıb
# 29 avqust 2017 13:26 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Ekspress” Poti/Batumi-Keşlə konteyner blok qatarının fəaliyyətə başladığını elan edib.

APA-Economics” “Azərbaycan Dəmir Yolları”na istinadən xəbər verir ki, konteynerlər həftədə 3 dəfə yola düşəcək və 900 kilometr məsafəni 30 saata başa vurulacaq.

Yük sahibləri və yükgöndərənlər 20 futluq konteyner üçün 800, 40 futluq konteyner üçün isə 1000 dollar ödəyəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR