İsveçrədə zəlzələ baş verib

İsveçrədə zəlzələ baş verib
# 06 mart 2017 23:39 (UTC +04:00)

İsveçrədə 4,6 bal gücündə zəlzələ baş verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 21:12-də qeydə alının yeraltı təkanların episentri Sürix şəhərindən 58 km aralıda yerləşib.

Zəlzələnin Berndə də hiss olunduğu bildirilir. İlkin məlumata görə, zərərçəkən və dağıntı yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR