Sumqayıt Kimya Sənaye Parkı yol və su xətlərinin çəkilməsi ilə bağlı təkliflər sorğusu keçirir

Sumqayıt Kimya Sənaye Parkı yol və su xətlərinin çəkilməsi ilə bağlı təkliflər sorğusu keçirir
# 03 sentyabr 2015 08:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının 94,13 hektar ərazisində inşa olunacaq daxili avtomobil yolunun, yeraltı texniki qalereyanın, yanğına qarşı su, yağış suyu, içməli su, kimyəvi tullantı suyu xətlərinin, su anbarları və nasosxanaların layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması üçün təkliflər sorğusu keçirilir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, iddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- qiymət təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- direktor təyin olunmasına dair təsisçinin arayışının surəti.

Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcək.

İddiaçılar təkliflər sorğusu prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 10 sentyabr 2015-ci il saat 17:00-dək “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti, 37, “Demirchi Tower” ünvanda yerləşən ofisinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

İddiaçıların təklifləri 11 sentyabr 2015-ci il saat 16:00-da Bakı şəhəri, Xocalı prospekti, 37, “Demirchi Tower” ünvanda yerləşən ofisində, iclas zalında açılacaq.

Əlaqələndirici şəxs: Abbas Məmmədov (telefon: (+994 12) 488-80-65.

Maraqlananlar tərtib olunmuş əsas şərtlər toplusunu yazılı müraciət etməklə əldə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR