Sabah hava küləkli və yağışlı olacaq

Sabah hava küləkli və yağışlı olacaq
# 19 noyabr 2016 09:34 (UTC +04:00)

Noyabrın 20-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, şimal-şərq küləyi əsəcək, havanın temperaturunun yarımadada gecə 4-7, gündüz 8-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 779 mm civə sütunu, nisbi rütubət 80-90 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR