DGK sədri Balakəndə vətəndaşları qəbul edib

DGK sədri Balakəndə vətəndaşları qəbul edib
# 28 oktyabr 2016 11:04 (UTC +04:00)

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Balakən şəhərindəki Mədəniyyət Mərkəzində vətəndaşları qəbul edib.

Komitənin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, qəbulda bölgədə yerləşən - Balakən, Zaqatala və Qax rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR