ARDNF-in transfertləri ilə bağlı yeni fiskal qaydalar hazırlanır

ARDNF-in transfertləri ilə bağlı yeni fiskal qaydalar hazırlanır
# 28 dekabr 2016 06:40 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Maliyyə Sabitliyi Şurasının qərarına uyğun olaraq dövlət büdcəsinə nəzərdə tutulan transfertin yuxarı həddinin aylıq və rüblük bölgü əsasında həyata keçirilməsini Maliyyə Nazirliyi və Mərkəzi Bankla əlaqələndirməklə təmin edəcək. "APA-Economics" xəbər verir ki, bu, prezident İlham Əliyevin ötən gün imzaladığı "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununun tətbiqi barədə fərmanda öz əksini tapıb.

Fərmanda ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsinə və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni fiskal qaydalara dair təkliflərini 6 ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR