ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, pilotlar ölüb - YENİLƏNİB-1

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, pilotlar ölüb  - <span style="color: red;">YENİLƏNİB-1
# 15 mart 2018 03:45 (UTC +04:00)

Florida ştatında hərbi baza yaxınlığında qəzaya uğrayan “F/A-18 Hornet” qırıcı təyyarəsinin iki ekipaj üzvü ölüb.

APA-nın məlumatına görə, bu barədə CBS News xəbər verib.

Bundan əvvəl katapult edən pilotların xəstəxanaya yerləşdirildiyi bildirilirdi. ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb. Şahidlərin sözlərinə görə, hərbi təyyarə səmada alovlanıb və uçuş-enmə zolağına çatmamış suya düşüb.

Fox News-un məlumatına əsasən, qırıcının qəzaya uğramasına səbəb mühərrikin sıradan çıxması olub.

Faktla bağlı araşdırma aparılır.

***

02:28

ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus “F/A-18 Hornet” qırıcı təyyarə Florida ştatı sahillərində qəzaya uğrayıb.

APA-nın məlumatına görə, bu barədə “Fox News” telekanalı xəbər verib.

İlkin məlumatlara görə, pilotlar katapult edə biliblər. Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir.

Hazırda hadisə yerində xilasedici əməliyyat davam edir.

***

02:08

ABŞ-ın Florida ştatında hərbi helikopter qəzaya uğrayıb.

APA-nın REN TV-yə istinadən xəbərinə görə, hadisə Ki-Uest şəhəri yaxınlığında qeydə alınıb.

İnsidentin təfərrüatları müəyyənləşdirilir.

Qeyd edək ki, Ki-Uestdə ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus hərbi baza yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR