Heydər Əliyev prospekti əsas yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Heydər Əliyev prospekti əsas yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır
# 31 iyul 2015 12:13 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün saat 22:00-dan səhər saat 05:00-dək Heydər Əliyev prospekti əsas yolda, Heydər Əliyev Mərkəzinin qarşısından “Böyük Şor”yol qovşağınadək olan hissəsində hər iki istiqamətdəyolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu səbəbdən göstərilən müddət ərzində prospektin sözügedən hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Sürücülər Heydər Əliyev prospektinin yan yollarıdan istifadə etməklə hərəkətlərinə maneəsiz şəkildə davam edə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR