"DataGate" proqram təminatının təqdimatı keçirilib

"DataGate" proqram təminatının təqdimatı keçirilib
# 20 aprel 2017 09:48 (UTC +04:00)

Bu gün Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilati dəstəyi ilə kredit risklərinin idarə edilməsində informasiya texnologiyalarının tətbiqi imkanlarına həsr olunmuş tədbir keçirilib.


"APA-Economics" xəbər verir ki, tədbirdə müvafiq sahə üzrə geniş təcrübəyə malik olan "CrinfoTask" MMC şirkətinin məhsulu olan "DataGate" proqram təminatı, habelə borcalanların qiymətləndirilməsi aləti olan skorinqin təqdimatı keçirilib.

"DataGate" Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) sistemi ilə veb-servislər üzərindən məlumat mübadiləsini təmin edən proqram təminatıdır. "DataGate" informasiya vasitəçiliyi ilə yanaşı, qrafik interfeysi və müasir dizayna malik funksional risk aləti kimi hazırlanıb və 5 bankda tətbiq olunur.

"CrinfoTask" MMC 2007-ci ildə təsis edilib. Şirkətin başlıca hədəflərindən biri banklara kredit risklərinin idarə edilməsi, qərarların avtomatlaşdırılması məqsədi ilə məlumatların toplanması, analizi, skorinqi, habelə verilmiş qərarların monitorinqi üçün həllər təklif etməkdir.

"CrinfoTask" MMC kredit reyestri və bürolarının mərkəzi idarəetmə sistemləri üçün avtomatlaşdırılmış alət və həllərə malikdir. Şirkət kredit təşkilatlarının MKR-lə olan ənənəvi məlumat mübadiləsi formatında ciddi dəyişiklik etmədən müasir texnoloji həllərin, xidmət çeşidlərinin daha da zənginləşdirilməsi yolu ilə büro formalaşdırılması imkanına malik olduğunu vurğulayır.

Şirkət yerli və xarici bazarda kredit risklərinin idarəedilməsi istiqamətində fəaliyyətini bundan sonra da uğurla davam etdirmək əzmindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR