® “Kapital Bank” 500-dən artıq təhsil işçilərini mükafatlandırıb

<font color=red>® </font>  “Kapital Bank” 500-dən artıq təhsil işçilərini mükafatlandırıb
# 06 dekabr 2017 07:28 (UTC +04:00)

Xəbər verdiyimiz kimi, Kapital Bank təhsil işçiləri üçün “Payız fürsəti” adlı stimullaşdırıcı lotereya keçirib. 4 dekabr tarixində keçirilən lotereyanın ikinci tirajında da 255 təhsil işçisi müxtəlif pul mükafatları, 1 nəfər isə əsas hədiyyə olan 3000 manatı qazandı. Qaliblərin siyahısı bankın saytında qeyd olunub.

Şərtlərə görə Kapital Bank kartları ilə məvacib alan təhsil işçiləri 2 oktyabr – 30 noyabr 2017-ci il tarixlərində, Kapital Bank bankomatlarında mobil nömrələrini qeydiyyatdan keçirərək, avtomatik olaraq lotereyanın iştirakçısına çevrilirdilər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR