Prokuror Bakıda restoranda baş verən silahlı insidentdə təqsirləndirilən şəxslərə cəza istəyib

Prokuror Bakıda restoranda baş verən silahlı insidentdə təqsirləndirilən şəxslərə cəza istəyib
# 11 dekabr 2017 12:31 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Badamdar qəsəbəsindəki restoranda baş verən silahlı insidentdə təqsirləndirilən Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Tofiq Qaramirzadənin 12 il, Fuad Əsgərovun 15 il 6 ay, Samir Allahyarovun 18 il, Bəhruz Rəfiyevin 13 il, Süleyman Abdullayevin 12 il, Müzəffər Cəfərovun 7 il 9 ay, digərlərinin hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses dekabrın 18-də davam edəcək.

Qeyd edək ki, cinayət hadisəsi ötən il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı F.Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri T.Qaramizadə, H.Hüseynov, B.Rəfiyev və digər şəxslər tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR