Bakıda adam bıçaqlamaqda şübhəli bilinən şəxslər tutulub

Bakıda adam bıçaqlamaqda şübhəli bilinən şəxslər tutulub
# 10 sentyabr 2015 08:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda adam bıçaqlamaqda şübhəli bilinən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xətai rayon Polis İdarəsi 34-cü və 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 15-də saat 20:15 radələrində M. Rüstəmov küçəsində xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Ramal İbrahimova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Tahir Kərimov saxlanılıb.

Həmçinin avqustun 6-da saat 20.00 radələrində İ. İsmayılov küçəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Anar Cəbrayılovu döyərək qarın və bud nahiyələrindən daxilə nüfuz etməyən bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Ağdam rayon sakini, 1994-cü il təvəllüdlü Ruslan Rəsulov tutulub.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR