"Dəmirbank" ötən ilin 1,7 mln. manatlıq zərərlə başa vurub

"Dəmirbank" ötən ilin 1,7 mln. manatlıq zərərlə başa vurub
# 20 fevral 2017 11:04 (UTC +04:00)

"Dəmirbank" ASC-nin aktivlərinin həcmi 2016-cı ilin IV rübündə 538,829 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8,5% azdır.

"APA-Economics" bankın açıqladığı hesabat istinadən xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 12,2% azalaraq 376,069 mln. manat olub.

Depozit portfeli son bir ildə 19,7% azalaraq 170,073 mln. manat, əhalinin əmanətlərinin həcmi isə 16,7% azalaraq 160,937 mln. manat təşkil edib. Hesabat dövründə bankın cəmi öhdəlikləri 491,949 mln. manat olub.

Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 20 mln. 982 min manat təşkil edib.

Hesabat dövrünün sonuna bankın gəlirləri 107,897 mln. manat, xərcləri isə 64,556 mln. manat təşkil edib.

Qeyd edək ki, “DəmirBank” 2016-cı ili 1 mln. 735 min 484,92 manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR