Salyanda kütləvi davada 2 nəfər bıçaqlanıb, 4 nəfər saxlanılıb

Salyanda kütləvi davada 2 nəfər bıçaqlanıb, 4 nəfər saxlanılıb
# 24 yanvar 2018 14:27 (UTC +04:00)

Salyan rayonunda baş verən kütləvi davada 2 nəfər bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan sakinləri olan 20 yaşlı Cəfərov Nurməmməd Telman oğlu və 22 yaşlı Abdullayev Toğrul İlham oğlu Salyan şəhər sakini tərəfindən bıçaqlanıb.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yeddi bıçaq xəsarəti yetirilən Nurməmməd Cəfərov cərrahiyyə əməliyyatından sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Döş qəfəsindən bir bıçaq xəsarəti alan Toğrul Abdullayev da əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Salyan şəhər sakini və daha 3 nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR