APA Bakı-2015 Birinci Avropa Oyunlarının ən geniş işıqlandırılması ilə bağlı müsabiqənin mükafatına layiq görülüb

APA Bakı-2015 Birinci Avropa Oyunlarının ən geniş işıqlandırılması ilə bağlı müsabiqənin mükafatına layiq görülüb
# 22 iyul 2015 17:26 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə bağlı keçirilən təntənəli tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Bakı-2015 Birinci Avropa Oyunlarının ən geniş işıqlandırılması ilə bağlı müsabiqənin qalibləri açıqlanıb.

APA-nın məlumatına görə, birinci yerə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, ikinci yerə AZƏRTAC İnformasiya Agentliyi və ATV telekanalı layiq görülüblər.

Üçüncü yerə isə “Azərbaycan” qəzeti, Trend və APA informasiya agentlikləri layiq görülüb.

Xüsusi mükafata isə “Lider” telekanalı və “Səs” İnformasiya Agentliyi layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR