ABŞ və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

ABŞ və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub
# 02 sentyabr 2017 02:38 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp və Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti açıqlama yayıb.

Məlumata əsasən, söhbət zamanı tərəflər Cənubi Asiyada vəziyyət və ABŞ-ın bölgədə yeni strategiyasını müzakirə ediblər. Həmçinin diqqət mərkəzində Qazaxıstanın 2018-ci ilin yanvarında BMT Təhlükəsizlik Şurasında sədrliyi və Astanada “Expo-2017” beynəlxalq sərginin keçirilməsi olub.

Qeyd edək ki, bu günlərdə ABŞ Cənubi Asiya, xüsusilə Əfqanıstana dair yeni strategiyanın qəbul edildiyini bəyan edib. Yeni siyasət Əfqanıstanda münaqişənin həllində Pakistan və Hindistanın fəal iştirakını nəzərdə tutur. Eyni zamanda, ABŞ Əfqanıstanda hərbi qüvvələrinin sayını artırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR