İrandan Azərbaycana daxili orqanında narkotik vasitə keçirmək istəyən şəxslər saxlanılıb

İrandan Azərbaycana daxili orqanında narkotik vasitə keçirmək istəyən şəxslər saxlanılıb
# 07 avqust 2015 10:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Səxavət Əhmədovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 4 ədəd bükümdə, ümumi xalis çəkisi 41,050 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, İrandan Azərbaycana piyada yolla gələn digər Azərbaycan vətəndaşı Aqşin Şahbazlının üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) 2 ədəd bükümdə, ümumi xalis çəkisi 21,275 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 4,028 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Hər iki faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR