Çanaqqala boğazında kruiz gəmisi ilə tanker toqquşub

Çanaqqala boğazında kruiz gəmisi ilə tanker toqquşub
# 27 iyun 2015 08:06 (UTC +04:00)


Bakı. Faiq Mahmudov – APA. Yunanıstandan İstanbula gedən “Celestyal Crystal” kruiz gəmisi Çanaqqala (Dardanel) boğazında tankerlə toqquşub.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, hadisə iyunun 27-nə keçən gecə baş verib.

Qəza zamanı gəminin göyərtəsində 853 sərnişin, 382 ekipaj üzvü olub. İlkin məlumatlara görə, xəsarət alanlar var, lakin xəsarət alanların sayı hələlik müəyyənləşdirilməyib.

Bildirilir ki, qəzaya səbəb hər iki kapitanın səhlənkarlığı olub.

Gəmilər ciddi zədələnib.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR