BMT iqlim üzrə Paris razılaşmasının reallaşdırılması planını təsdiqləyib

BMT iqlim üzrə Paris razılaşmasının reallaşdırılması planını təsdiqləyib
# 19 noyabr 2016 00:46 (UTC +04:00)

BMT iqlim dəyişikliyi üzrə Paris razılaşmasının reallaşdırılması planını təsdiqləyib.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq sənəd Mərakeşdə keçirilən beynəlxalq konfransda qəbul edilib.

Fəaliyyət planını imzalayan dövlətlər əldə olunacaq irəliləyişi qiymətləndirmək üçün 2017-ci ildə yeni görüş keçirəcəklər.

Qeyd edək ki, Paris Razılaşması 12 dekabr 2015-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC) üzv ölkələrin 21-ci konfransında qəbul olunub. Razılaşma 2016-cı il, noyabrın 4-dən qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR