Rusiyanın Moskva vilayətinin Noqinsk rayonunda keçmiş Kudrinovsk zavodunun ərazisində yanğın olub.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, keramika məmulatlarının istehsalı ilə məşğul olmuş zavodun ərazisində dağıntılar altında 3 nəfərin cəsədi aşkarlanıb.
Yanğının səbəbi və ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.