Prokuror dələduzluqda təqsirləndirilən hüquqşünasa cəza istəyib

Prokuror dələduzluqda təqsirləndirilən hüquqşünasa cəza istəyib
# 21 sentyabr 2017 14:40 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fəqan Nəsibovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrlik etdiyi iclasda prokuror çıxış edib. O, F. Nəsibovun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses sentyabrın 29-da davam edəcək.

Qeyd edək ki, F. Nəsibov hüquqşünasdır. O, hüquqi nümayəndəsi olduğu şəxslərdən dələduzluq yolu ilə pul alıb.

F. Nəsibov bundan əvvəl 2014-cü ildə də həbs edilib. O, metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar etmək istəyib. Həmin vaxt dələduzluqda ittiham edilən F. Nəsibov ittihamı qəbul etmədiyi üçün bu addımı atdığını deyib. Onun barəsində məhkəmə şərti cəza təyin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR