Bərdə bazarında yanğın olub - YENİLƏNİB

Bərdə bazarında yanğın olub - <span style="color: red;">YENİLƏNİB
# 27 noyabr 2017 10:10 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bərdədə baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Bərdə rayonu, Güloğlular kəndində bir çardaq altında tikilmiş ümumi sahəsi 60 m2 olan mağazanın anbarının dam örtüyünün və tavanının yanar konstruksiyaları 36 m2 sahədə, ümumi sahəsi 52 m2 olan aptekin lambirdən ibarət tavanı 20 m2 sahədə və hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 60 m2 olan digər mağazanın lambirdən ibarət tavanı 10 m2 sahədə yanıb.

Mağazaların və aptekin qalan hissələri və bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. ​

***

11.36

Bərdə rayonunda təzə bazarda sahibkarlara məxsus 2 obyekt yanıb.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, bu gün səhər saatlarında bazardakı aptek və toxum mağazasında yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olub. Alov digər mağazalara keçmədən yanğın söndürülüb.

Yanğının baş vermə səbəbi və sahibkarlara dəyən ziyan araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR