Rusiyada mikroavtobus ekskavatora çırpılıb, 4 nəfər ölüb, 5-i yaralanıb

Rusiyada mikroavtobus ekskavatora çırpılıb, 4 nəfər ölüb, 5-i yaralanıb
# 08 may 2018 04:10 (UTC +04:00)

Rusiyanın Krasnoyarsk diyarında ağır yol qəzası qeydə alınıb.

APA-nın RİA Novosti agentlyinə istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Aradan qəsəbəsinin ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, mikroavtobusun sürücüsü idarə etməni itirib və nəqliyyat vasitəsini magistralda təmir işləri görən ekskavatora çırpıb. Hadisə nəticəsində sürücü və 3 sərnişin hadisə yerində ölüb, 5 sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı mikroavtobusda 9 nəfər olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR