Bakıda qadına qarşı dələduzluq edən şəxsə hökm oxunub

Bakıda qadına qarşı dələduzluq edən şəxsə hökm oxunub
# 23 dekabr 2016 12:04 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elman Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Mahmudov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Bakı sakini S. Kərimovanın etibarından sui-istifadə edərək, onu mənzillə təmin edəcəyinə söz verib. Bunun müqabilində zərərçəkmişdən 21 min manat pul alaraq geri qaytarmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR